AZ

NATO “Şərq Mühafizi” proqramını işə salır – ÖZƏL

Olaylar.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Polşanın ərazisinə PUA-ların daxil olması fonunda "Şərq Mühafizi" (Eastern Sentry) proqramının başladılacağını elan edib. Onun sözlərinə görə, proqramın məqsədi alyansın şərq cinahındakı mövqelərini möhkəmləndirməkdir.

"Bu hərbi əməliyyat yaxın günlərdə start götürəcək və ona Danimarka, Fransa, Böyük Britaniya, Almaniya da daxil olmaqla müxtəlif müttəfiq qüvvələr və vasitələr cəlb olunacaq. Ənənəvi hərbi imkanlara əlavə olaraq, bu səylər pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı konkret tapşırıqların həlli üçün nəzərdə tutulan elementləri də əhatə edəcək", - deyə Rutte bildirib.

Baş katib xatırladıb ki, NATO artıq səkkiz ölkədə qabaqcıl quru qüvvələri yerləşdirib:
"Bütün müttəfiqlər bu kontingentlərə dəstək verir. Lazım gələrsə, mövcudluğumuzu genişləndirmək planlarımız var. Quru, dəniz və hava bazalı hava hücumundan müdafiə sistemlərimiz mövcuddur. Burada Avropa və Şimali Amerika müttəfiqləri hər gün birlikdə çalışırlar ki, alyansın hər qarış torpağını müdafiə etməyə hazır olaq. Bu ilin əvvəlində biz 'Baltik Mühafizi' (Baltic Sentry) rejimini tətbiq etdik ki, Baltik dənizində həyati əhəmiyyətli infrastrukturun məsuliyyətsiz hərəkətlərdən qorunmasına yardım edək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
63
19
olaylar.az

10Mənbələr