Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislamAllahşükür Paşazadə sentyabrın 15-də Qazaxıstan Respublikasınasəfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, zəngin səfər proqramıçərçivəsində A.Paşazadə sentyabrın 16-da BMT SivilizasiyalarAlyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsrolunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcək.
Sentyabrın 17-də QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII AstanaQurultayında iştirak və çıxış edəcək.
Sentyabrın 18-də baş tutacaq Gənc Dini Liderlərin Forumundaçıxış edəcək A.Paşazadə gənclərə xitab edərək xeyir-duaverəcək.
Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya vəənənəvi Dinlərin VIII Qurultayının mövzusu “Dinlərin dialoqu –gələcək naminə sinerji”dir.
A.Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimiiştirakçısı və Qurultayın Katibliyinin daimi üzvüdür.