AZ

Azərbaycan Türkiyədən xalça idxalına çəkdiyi xərci 17 %-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 4,488 milyon ABŞ dolları dəyərində xalça idxal edib.

FED.az xəbər verir ki,  Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,9 % azdır.

Avqustda Türkiyə Azərbaycana 721 min ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 43,5 % azdır.

8 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 4,5 % azalaraq 1,753 milyard ABŞ dolları, avqustda isə 0,4 % artaraq 232 milyon ABŞ dolları olub. (Report)

Seçilən
13
fed.az

1Mənbələr