AZ

Telefon və skuter oğrularıSAXLANILDI

Bakının Nəsimi rayonu ərazisində bir nəfər 2200 manat dəyərində mobil telefonunun oğurlanması barədə polisə məlumat verib.

Daxili İşlər Nazirliyindən  Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Həmçinin, Nəsimi rayonu ərazisində evlərin birinin qarşısından 800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən N.Abdullayev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Seçilən
27
11
redaktor.az

10Mənbələr