Bakıda 52 yaşlı kişi narkotikdən zəhərlənərək ölüb.
News24.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, sentyabrın 12-si saat 05 radələrində 1973-cü il təvəllüdlü Ə.Hüseynov yaşadığı N.Məlikov küçəsi ev 17-dən psixotrop dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və az sonra ölüb.
Onun əvvəllər narkotikə görə məhkunluq həyatı yaşadığı bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Yaşar Araz