AZ

Aİ Rusiya vətəndaşlarına qarşı viza siyasətini sərtləşdirir


Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı mövqeyini sərtləşdirməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzeti Avropa Komissiyasının (AK) nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ilin sonuna qədər Aİ ittifaqa daxil olan ölkələr üçün ruslara vizaların verilməsi ilə bağlı daha sərt tövsiyələri özündə əks etdirən yeni reqlamentlər dərc edəcək.
Avropa İttifaqının son məlumatlarına görə, 2024-cü ildə Rusiya vətəndaşlarına Aİ ölkələrinə və digər Şengen ölkələrinə, o cümlədən İsveçrəyə səyahət etmək üçün təxminən 542 min qısamüddətli viza verilib.
Seçilən
3
4
yeniavaz.com

10Mənbələr