AZ

Fatih Terim millimizin baş məşqçisi ola bilər 

AFFA Azərbaycan milli komandasının baş məşqçisi postu üçün axtarışları davam etdirir.

İdmanxeber.az xəbər verir ki, yığmamızı çalışdırmağa namizədlərdən biri Fatih Terimdir. Bu barədə türkiyəli jurnalist Ozan Zeybek məlumat yayıb.

AFFA-nın 72 yaşlı mütəxəssisə təklif göndərdiyi bildirilir. Terimin adı Çexiya millisi ilə də hallanır. 

Qeyd edək ki, Fatih Terimin son iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Şəbab” olub.

Seçilən
41
3
idmanxeber.az

4Mənbələr