Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya təqribən68,1 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən3 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 4,5 milyon kVt/saat və ya 7,1%, dəyərifadəsi ilə 767 min ABŞ dolları, yaxud 34,7% artıb.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayı ərzində RusiyadanAzərbaycana 1,8 milyon ABŞ dolları dəyərində, 50,5 milyon kVt/saathəcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 176 min ABŞ dolları və ya 11,1% çox, həcm ifadəsində isə4,5 milyon kVt/saat və ya 8,2% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları ərzindəAzərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran vəTürkiyəyə 41,6 milyon ABŞ dolları dəyərində, 737,5 milyon kVt/saathəcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin, hesabat dövründə Rusiya, Gürcüstan və İrandanAzərbaycana 3,7 milyon ABŞ dolları dəyərində 91,7 milyon kVt/saatelektrik enerjisi idxal edilib.