AZ

Husilər İsraili hədəfə aldı

Yəməndə İranın dəstəklədiyi husilər, İsrailin Yafa şəhərini hədəf alan bir hərbi əməliyyat keçirdiklərini və uğur qazandıqlarını açıqlayıb. İsrail ordusu isə Yəməndən atılan raketi məhv etdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri, İsrailin Yafa şəhərində “həssas nöqtələri” hədəf aldıqlarını və hücumun çoxlu döyüş başlığına malik “Fələstin-2” hipersəs ballistik raketi ilə həyata keçirildiyini açıqlayıb.

O, əməliyyatın uğurla hədəfinə çatdığını söyləyib.

İsrail ordusu isə Yəməndən atılan bir raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini iddia edib.

Bildirilib ki, Təl-Əviv metropol bölgəsi də daxil olmaqla İsrailin mərkəzi hissələrində sirenlər çalıb. Hadisə nəticəsində insan tələfatı və ya maddi zərər barədə məlumat paylaşılmayıb.

Husilər İsrailin HƏMAS-la iki aylıq atəşkəsdən sonra mart ayında Qəzza zolağına yenidən hücumlara başlamasından sonra İsrailə qarşı raket və dron hücumlarını intensivləşdirib.

Husi hökuməti, həmçinin Qəzza müharibəsinin başlanğıcından bəri Qırmızı dəniz, Ədən körfəzi və Umman dənizində ticarət gəmilərini hədəf alıb.

Digər tərəfdən, avqustun 28-də İsrailin Yəmənin paytaxtı Sana şəhərinə endirdiyi hava zərbəsində Yəmən Baş naziri Əhməd Qalib ər-Rəhavi və bəzi nazirlərin də aralarında olduğu 12 yüksək rütbəli husi rəsmisi öldürülüb.

Həmin hücumdan dərhal bir gün sonra İsrail ordusu Yəməndən atılan daha bir raketi hava hücumundan müdafiə sistemləri ilə məhv etdiyini bildirib.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr