AZ

BANM tələbələri “Nar” layihəsində ən yüksək nəticə göstərdi – FOTO 

“Nar” mobil operatorunun ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlər üçün təşkil etdiyi ənənəvi layihədə bu il SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 4 tələbəsi də yer alıb.

Doğru.az xəbər verir ki, ölkə üzrə ən yüksək bal toplayan 10 abituriyentin mükafatlandırıldığı mərasimdə BANM tələbələri Müşfiq Əlili (698,3 bal), Alı İsmayılov (697,5 bal), Rəhim Fərəczadə (697 bal) və Əbülhəsən Məmmədov (696,7 bal) olub. Onlar İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alacaqlar.

BANM-in rektoru Elmar Qasımov mərasimdə çıxış edərək “Nar”ın təşəbbüsünü yüksək qiymətləndirib və bu addımın tələbələr üçün böyük motivasiya yaratdığını bildirib. Rektor həmçinin qeyd edib ki, ölkə üzrə ən yüksək nəticə göstərmiş 10 abituriyentdən 4-nün BANM-i seçməsi universitetin nüfuzunu və təhsil mühitinin keyfiyyətini təsdiqləyir.

DOĞRU.AZ

image-17577587375830729232_1200x630 image-17577587372519133963_1200x630 image-17577587372534632529_1200x630 image-17577587372111656848_1200x630 image-17577587376127023094_1200x630 image-17577587374878148521_1200x630 image-1757758737490388630_1200x630 image-17577587375009146219_1200x630

Seçilən
19
4
dogru.az

5Mənbələr