Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının final mərhələsində B Liqasında növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, yığma yarımfinalda Rumıniya komandası ilə üz-üzə gəlib və 3:5 hesabı ilə məğlub olub. Millimiz üçün növbəti sınaq 3-cü yer uğrunda matç olacaq; sentyabrın 14-də komandamız Qazaxıstan seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Belçikanı 5:4, Litvaya isə 1:2 hesabı ilə uduzub.