İngiltərənin "Mançester Siti" klubu futbolçusu Riko Lyuislə müqavilənin müddətini uzadıb.
Rekord.az "şəhərlilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulub.
Onun əvvəlki müqaviləsi 2028-ci ilin iyununadək qüvvədə idi.
Riko Lyuis 2024/2025 mövsümündə bütün yarışlarda 44 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Mançester Siti"nin yetirməsi 2022-ci ildən əsas komandada çıxış edir.