AZ

Millimiz yarımfinalda məğlub oldu

Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, B Liqasında mübarizə aparan yığma yarımfinalda Rumıniya kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisi 3-cü yer uğrunda, sentyabrın 14-də Qazaxıstan seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, komanda A qrupundakı ilk görüşdə Belçikanı (5:4) məğlub edib, daha sonra Litvaya (1:2) uduzub.

"Cebheinfo.az" 

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr