AZ

Tibb işçilərinin bu məlumatları paylaşması QADAĞANDIR

Tibb işçilərinin sosial şəbəkələrdə və ictimai mühitdə paylaşa biləcəkləri məlumatlarla bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Xüsusilə pasiyentin şəxsi məlumatları, tibbi vəziyyəti və müalicə prosesi qanunla qorunur və onların yayılması məsuliyyət yarada bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb eksperti Rasif Bağırov bildirib ki, pasiyentlərin şəxsi məlumatlarının ictimailəşdirilməsi yolverilməzdir:

“Xəstənin vəziyyəti ilə bağlı məlumatların sosial şəbəkələrdə paylaşılması ümumiyyətlə düzgün deyil. Hətta Hippokrat andında qeyd olunur ki, əgər xəstə özü istəmirsə, onun vəziyyəti ilə bağlı məlumat başqasına deyilə bilməz. İstər sosial şəbəkələrdə, istər digər vasitələrlə xəstənin görüntüləri yayıldığı halda pasiyent və ya yaxınları aidiyyəti qurumlara şikayət etmək hüququna malikdir”, - deyə o bildirib.

Həkim əlavə edib ki, yalnız ağır xəstəliklər zamanı bəzi hallarda xəstənin yaxın qohumlarına məlumat verilə bilər. Lakin bunun da ictimailəşdirilməsi doğru sayılmır:

“Hər hansı tibbi prosedurun televiziya və ya internet üzərindən nümayiş etdirilməsi düzgün deyil. Vətəndaşın şəxsi həyatı və ona xas olan tibbi proseslərin ictimaiyyətə açıqlanması qadağandır”.

Qanunvericiliyə görə, bu cür hallarda tibb işçiləri həm etik, həm də hüquqi məsuliyyət daşıya bilərlər.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
20
2
bizim.media

3Mənbələr