AZ

Novruz Əzimov AFFA-da yeni işə başlayır

Müharibə və futbol veteranı Novruz Əzimov yaxın vaxtlarda AFFA nümayəndəsi kimi işə başlayacaq.

İdman.biz xəbər verir ki, PFL-in Media və Marketinq Departamentinin direktoru Sənan Abdullayeviin Sportnet.az-a verdiyi məlumata görə, Əzimov imkatahanlardan uğurla keçib.

O, hazırda bəzi oyunlarda AFFA nümayəndələrinə kömək edir: "Novruz Əzimov ölkənin tanınmış veteran futbolçularından, böyük məşqçilik təcrübəsi olan nüfuzlu şəxslərindəndir. Hər kəs bilir ki, Novruz bəy karyerasının ən yaxşı dövründə I Qarabağ müharibəsinə qatılmış, ən çətin dövrdə torpaqlarımızın müdafiəsi uğrunda döyüşmüş biridir. O AFFA nümayəndəsi imtahanlarına qatılmaq istəyini bildirəndə bunu böyük məmnuniyyətlə qəbul etdik. Sevindirici haldır ki, Əzimov sınaqdan uğurla keçdi. Futbolçu və məşqçilik təcrübəsi ona böyük üstünlük versə də, nümayəndə təyin olunması üçün təcrübəyə ehtiyacı olduğundan bəzi oyunlarda AFFA nümayəndələrinə kömək edir. Bu işdə də uğurlu olacağına şübhəmiz yoxdur və ən qısa zamanda artıq müstəqil şəkildə AFFA nümayəndəsi vəzifəsini icra edəcəyinə inamımız böyükdür".

Qeyd edək ki, Novruz Əzimov əvvəllər bir sıra komandalarda köməkçi-məşqçi və baş məşqçi kimi çalışıb.

İdman.biz

Seçilən
16
1
idman.biz

2Mənbələr