AZ

Sosioloq xəbərdarlıq edir: Təcavüz hallarının səbəbi burada gizlənir

“Hərdən elə olur ki, valideyn çox kasıb olur və bu səbəbdən qızını ərə verməyə çalışır ki, yükü yüngülləşsin. Hərdən də elə olur ki, varlı bir oğlan qızına elçi düşür, valideyn də bu fürsəti əldən vermək istəmir”.

Bu sözləri Yenisabah.az-a sosioloq Mail Yaqub deyib.
O bildirib ki, erkən nikah halları Azərbaycanda ta qədimdən mövcuddur və bu gün də bəzi bölgələrdə davam edir:
“Bunun əsas səbəbi kasıblıq, elmsizlik və ya digər sosial amillər deyil. Sadəcə adət-ənənədir. Dədə-babadan belə görüblər deyə bu məsələləri adi hal kimi qəbul edirlər. Amma bütün bu halların qarşısı alınmalıdır. 13-14 yaşında qız uşağının ərə verilməsi problemli haldır, çünki bu vəziyyətə hazır deyillər. Ailə məsələlərinin mürəkkəb olduğunu nəzərə alsaq, erkən nikahların qarşısı mütləq alınmalıdır”.
Sosioloq çıxış yollarını da göstərib:
“İlk növbədə televiziya və sosial şəbəkələrdə maarifləndirmə aparılmalıdır. Hüquqşünaslar efirlərə dəvət olunmalı, erkən nikahların cinayət olması sadə dillə izah edilməlidir. Təəssüf ki, efirlərimizdə hər şey şou üzərində qurulub, maarifləndirici verilişlər yoxdur. Bu gün hətta elə ucqar kəndlər var ki, orada erkən nikahın qanunsuz olduğunu belə bilmirlər. Bilsələr, yəqin ki, bu addımı atmazlar. Digər çıxış yolu isə təhsil səviyyəsinin qaldırılmasıdır. İnsanlara kitab oxumaq vərdişi aşılamaq vacibdir”.
Mail Yaqub həmçinin təcavüz mövzusuna da toxunub:
“Belə hallar bütün dünyada var və bu, insan xislətindən irəli gəlir. Azərbaycanda təcavüz hallarının artıb-artmadığını demək üçün dəqiq statistika lazımdır. Əks halda, artım olduğunu söyləmək düzgün olmaz. Amma əgər doğrudan da artıbsa, bunda sosial şəbəkələrdən anormal istifadə edən bloqçuların və bəzi tanınmış simaların da rolu var. Bəzən görürsən ki, yaşlı ifaçılar belə yüngül hərəkətlər edir, gənclər də bunları görüb təsirlənirlər. Təcavüz bir səbəb yox, nəticədir. Onun yüzlərlə səbəbi var: gənclik, işsizlik, maddi çətinlik. Mən təcavüzə haqq qazandırmıram, sadəcə səbəbləri göstərirəm. İşsizliyin aradan qaldırılması üçün iş adamlarına şərait yaradılmalı, iqtisadiyyat dirçəldilməlidir. Yalnız bu halda belə halların qarşısını almaq olar”.
Seçilən
11
3
yenilik.az

4Mənbələr