AZ

Salyanda böyürtkən yığan kişiyə ATƏŞ AÇILIB Gözündən və bədənindən xəsarət alıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

Salyanda 63 yaşlı kişi güllə yarası alıb.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü kənd sakini İsgəndər Tağıyev kənd ərazisindəki sahədə böyürtkən yığırmış. Bu zaman naməlum istiqamətdən açılan güllənin qırmaları onun gözünə və bədəninin bir neçə nahiyəsinə dəyib.

O, kənd sakinlərinin köməyi ilə rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada dərhal yaralıya cərrahi müdaxilə olunub, həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, kənd sakinlərinin sözlərinə görə, İsgəndər Tağıyev heç kimlə mübahisəsi olmayan zəhmətkeş şəxsdir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
oxu.az

1Mənbələr