AZ

Çətin günlər arxada qaldı, xoş günlərə davam!

"Araz Naxçıvan" avrokuboklara "Aris" zəfəri ilə başlamışdı.

Amma "Omoniya"dan alınan darmadağınlar (0:4, 0:5) bütün kollektivin kefinə soğan doğramış oldu.

Qarşıdan isə Premyer Liqada yeni mövsüm gəlirdi.

Ağır psixoloji durumun altından çıxmaq, uğur qazanmaq mütləq idi.

Axı startda yığılan xalların önəmi böyükdür.

Naxçıvanlılar məhz ötən mövsüm uğurlu starta görə sonda sevinmişdi.

Elmar Baxşıyev çətin olanı bacardı deyə bilərik.

Hər halda arxada qalan 4 turun nəticələri bunu deyir.

Kollektiv meydana çıxdığı 4 matçda aktivinə 10 xal yığa bilib.

İddialı "Zirə" ilə bərabərə qalan Muxtar respublika təmsilçisi sonrakı 3 görüşdə qələbələri sıralayıb.

Gedişat növbəti dəfə "Araz-Naxçıvan"ı avrokuboklara aparacaq kimi görünür.

Bir sözlə, çətin günlər arxada qaldı, xoş günlərə davam.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
27
sportinfo.az

1Mənbələr