AZ

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ötən gün Ermənistan daxili işlər naziri Arpine Sərkisyan ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun rəsmisi Brendan Hanrahanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Arpine Sarkisyan ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülhün təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.

Görüşdə həmçinin mütəşəkkil cinayətkarlıq, kiber cinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq, polis islahatlarına dəstək və kiber laboratoriyanın yaradılması müzakirə olunub.

Danışıqlar zamanı Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması prinsipləri çərçivəsində "Tramp maşrutu" (Zəngəzur dəhlizi) layihəsi və əməkdaşlıqla bağlı digər məsələlər də diqqətdə saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
7
axar.az

8Mənbələr