AZ

Gel dırnaqların bilinməyən fəsadları: Gözəllik yoxsa genetik zərər?

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Son illərdə qadınlar arasında məşhurlaşan gel dırnaqları estetik görünüş təqdim etsə də, sağlamlıq üçün risklər daşıyır.

Milli.Az xəbər verir ki, mütəxəssislər xüsusilə gel dırnaqlarında istifadə olunan TPO (Trimetilbenzoil Difenilfosfin Oksid) maddəsinin dəridə qıcıqlanma, allergik reaksiyalar və uzun müddətdə potensial DNT zədələnməsi yarada biləcəyini bildirirlər.

Prof. Dr. Aslı Tatlıparmak açıqlamasında TPO-nun təkcə kosmetik məhsullarda deyil, stomatologiyada və bəzi sənaye məhsullarında da istifadə olunduğunu vurğulayıb. O, UV və LED lampalarla polimerləşdirilən gel dırnaqlarının dərinin ultrabənövşəyi şüalara məruz qalmasına səbəb olduğunu və bunun da uzun müddətli sağlamlıq riskləri yaratdığını bildirib.

Avropa Birliyi 1 sentyabr 2025-ci ildən etibarən TPO tərkibli bütün kosmetik məhsulların, o cümlədən gel dırnaqlarının satışını və peşəkar istifadəsini qadağan edib. Qadağa Aİ ölkələrində, həmçinin Norveç və İsveçrə daxil olmaqla tətbiq olunur. Dırnaq salonları artıq TPO tərkibli məhsulları təhlükəsiz şəkildə məhv edir, istehsalçılar isə alternativ maddələrdən istifadə edən yeni məhsullar hazırlayır.

Dermatoloqlar gel dırnaqlarının düzgün tətbiqinin vacibliyini vurğulayır və TPO-suz məhsulların seçilməsinin daha təhlükəsiz olduğunu bildirirlər.

Fidan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
news.milli.az

2Mənbələr