AZ

Dalğıclar və robot vasitəsilə Xəzərin dibi ilə kabel çəkilməsi üzrə tədqiqat başa çatdırılır

Azertag saytına istinadən ain.az xəbər verir.

Astana, 13 sentyabr, AZƏRTAC

“Kazakhtelecom” şirkəti Qazaxıstan və Azərbaycanı birləşdirən Trans-Xəzər Kabel Xətti layihəsi çərçivəsində Xəzər dənizinin dibinin tədqiqini başa çatdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kazakhtelecom” şirkəti İdarə Heyətinin sədri Bağdat Musin məlumat verib.

Onun sözlərinə görə, tədqiqatın əsas hissəsi ixtisaslaşdırılmış qurğularla təchiz edilmiş gəmilərdə aparılır.

“Gəmilər üçün əlçatmaz yerlərdə dərinlikləri öyrənmək üçün ROV robotu ilə birlikdə çalışan dalğıclar cəlb olunur”, -deyə B.Musin əlavə edib.

O, hazırda torpaq analizlərinin aparıldığını, kabelin çəkilməsi qarşısında mümkün maneələrin müəyyən edildiyini bildirib. “Sahil zonası artıq öyrənilib, lakin işlər hələ davam edir”, -deyə B.Musin bildirib.

Qeyd edək ki, Trans-Xəzər Kabel Xətti layihəsi Xəzər dənizinin dibi ilə Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) şəhərlərini birləşdirən 380 km uzunluğunda fiber-optik kabel xəttinin çəkilməsini nəzərdə tutur. Bu, yüksək ötürmə qabiliyyətinə malik məlumatların çatdırılmasını və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısını təmin edəcək.

“Kazakhtelecom” Qazaxıstanın milli rabitə operatoru statusuna malik olan ən böyük telekommunikasiya şirkətidir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
5
azertag.az

6Mənbələr