AZ

İlk köç Seyidbəyli kəndində: açarlar təqdim olundu FOTOLAR

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xocalı rayonu Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

ANAMA əməkdaşları sakinlərə mina təhlükəsizlik qaydaları barədə məlumat veriblər. Yenidən qurulan və bərpa edilən evlərdə əhalinin normal yaşayışın təmin etmək üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılıb.

Doğma yurduna dönən ailələr, yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyev və Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlıqlarını ifadə edib, şəhidləri hörmətlə anıblar.

Qeyd edək ki, Seyidbəyli kəndinə ilk mərhələdə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.

***13:06

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.

***11:34

“Böyük Qayıdış” proqramına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.

Globalinfo.az “Report”a istinadən bildirir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailədən ibarət  31 nəfər köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
5
globalinfo.az

6Mənbələr