AZ

76 yaşlı kişini öldürdü, əlil arabasındakı arvadını diri diri yandırdı

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın Nyu-York şəhərində dəhşətli qətl hadisəsi olub.

Lent.az xarici KİV-ə istinadla bildirri ki, bir kişi 76 yaşlı pensiyaçını qətlə yetirib, onun 77 yaşlı həyat yoldaşını da diri-diri yandırıb. Bundan sonra isə kinoya gedib.

Hadisə Kvinsin Bellerouz rayonunda baş verib. Frenk Olton zirzəmidə bağlanaraq bıçaqlanıb, əlil arabasında olan həyat yoldaşı Morin isə evin yandırılmasından sonra yanaraq həlak olub.

İki gün sonra polis 42 yaşlı Camil Makqriffi saxlayıb. Onun əvvəllər 11 dəfə, o cümlədən zorakı cinayətlərə görə məhkumluğu olub. O, törətdiyi cinayəti etiraf edib.

“Mənə fərqi yoxdur. Mən onları yandırdım,” – deyə o bildirib.

İstintaq müəyyən edib ki, cinayət təsadüfi xarakter daşıyıb. Makqriff qonşuların evlərinə telefonunu doldurmaq bəhanəsi ilə girməyə çalışıb və ev sahibinin köməkdən imtina etməsindən sonra Oltonların evinə daxil olub. Qətldən sonra o, cütlüyün kredit kartından istifadə edib və kinoya gedib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
lent.az

1Mənbələr