AZ

Polşada Baş nazirin maşının oğurladılar

Polşada baş nazir Donald Tuska məxsus avtomobili oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə RMF FM məlumat yayıb.

Məlumata görə, hadisə ilə bağlı saxlanılan şəxs 41 yaşlı Polşa vətəndaşıdır. O, daha əvvəl də fırıldaqçılıq və sağlamlığa, həmçinin insan həyatına qarşı cinayətlərdə adının hallanması ilə hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Şübhəli şəxs Qdansk hava limanında, Bolqaristana uçuşa bir neçə dəqiqə qalmış saxlanılıb.

Məlumata görə, əməliyyata sərhəd xidmətinin xüsusi müdaxilə qrupu da cəlb olunub.

Şübhəlinin evində aparılan axtarış zamanı istintaq üçün əhəmiyyət kəsb edən materiallar aşkarlanıb və müsadirə edilib.

Seçilən
22
2
modern.az

3Mənbələr