AZ

Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə evlərinin açarları VERİLDİ FOTO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Sentyabrın 13-də Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç prosesi həyata keçirilib.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, ikin mərhələdə kəndə 30 nəfər köçürülüb.Onlar bu gün yeni mənzillərinə yerləşdiriliblər.Mənzillərin açarlarını ailələrə təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinlərə məlumat verib ki, Seyidbəyli kəndində müasir tələblərə cavab verən fərdi yaşayış evləri inşa olunub, qaz, işıq və su xətləri tam bərpa edilib və digər sosial infrastruktur obyektləri sakinlərin istifadəsinə verilib.Sakinlər də bu gün doğma yurda qayıtmağın sevincini bölüşüblər.Xatırladaq ki, Xocalı rayonunun Seyidbəyli kəndi 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində isə kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
8
bizim.media

10Mənbələr