AZ

Türkiyə Prezidenti “EuroBasket”in finalına yüksələn milliyə zəng edib: Gözlərinizdən öpürəm VİDEO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EuroBasket”in finalına yüksələn basketbol milli komandasına zəng edib.

İdman.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, cümhur başqanı komandanın uğuruna görə çox sevindiyini vurğulayıb.

Sosial şəbəkələrdə yayımlanan telefon danışığında Ərdoğan milliyə final qarşılaşmasında uğurlar arzulayıb: “Həqiqətən çox sevindim. Başda Hidayət (red. Türkiyə Basketbol Milli Komandasının rəhbəri Hidayət Türkoğlu) olmaqla, bütün idmançı qardaşlarımın gözlərindən öpürəm. Təbrik edirəm”.

Millinin basketbolçuları da öz növbələrində Türkiyə Prezidentinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Türkiyə Yunanıstan millisini 94-68 hesabı ilə məğlub edərək 24 il sonra finala yüksəlib. Ay-ulduzlular sabah final görüşündə Almaniya yığması ilə görüşəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr