AZ

Çin və ABŞ nümayəndələri Madriddə TikTok məsələsini müzakirə edəcək

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Çin və ABŞ nümayəndə heyətlərinin İspaniyanın paytaxtı Madriddə keçiriləcək ticarət danışıqlarında, "TikTok"un gələcəyi də müzakirə ediləcək.

Bizimyol.info xəbər verir ki, bu sosial media platformasının təhlükəsizlik problemləri və məlumatların qorunması ilə bağlı narahatlıqlar səbəbindən ya şirkətin başqa bir quruma verilməsi, ya da tətbiqin qadağan edilməsi məsələsi gündəmdədir.

14-17 sentyabr tarixlərində keçiriləcək müzakirələrdə, hər iki tərəf həm ikitərəfli iqtisadi və ticarət məsələləri, həm də "TikTok"un vəziyyətini müzakirə edəcəklər. Çin Ticarət Nazirliyi, Pekinin bu məsələdə öz qanuni haqlarını müdafiə etməyə və məsələyə hüquqi çərçivədə yanaşmağa davam edəcəyini bildirib. Nazirlik açıqlamasında, Çin hökumətinin məlumat təhlükəsizliyini və məxfiliyini çox önəmli saydığı, heç bir şirkət və ya fərdin xarici ölkələrin qanunlarına zidd olaraq şəxsi məlumatları toplamağa və ötürməyə məcbur ediləcəyini bəyan etmədiyi vurğulanıb.

Çin, ABŞ-ı qarşılıqlı narahatlıqları hörmət və bərabər danışıq yolu ilə həll etməyə çağırıb. Bu, "TikTok" daxil olmaqla Çin şirkətlərinin ABŞ-da fəaliyyətlərini davam etdirə bilməsi üçün açıq, ədalətli və ayrı-seçkilik qoymadan bir iş mühiti yaratmağa kömək edəcək, eyni zamanda Çin-ABŞ iqtisadi və ticarət əlaqələrinin sabit, sağlam və davamlı inkişafını təmin edəcək.

ABŞ Konqresi, 13 mart 2024-cü ildə "Amerikalıları Xarici Düşmənlər tərəfindən idarə olunan tətbiqlərdən qoruma qanunu" adlı təklifi geniş əksəriyyətlə qəbul etmişdi. Bu qanun, "TikTok"un "Milli təhlükəsizlik təhdidi" yaratdığı iddiası ilə platformanın ABŞ-da qadağan olunmasını nəzərdə tutur. Həmçinin, "TikTok"un əsas sahibi olan "ByteDance" şirkətinə, tətbiqi ABŞ-ın bir şirkətinə satmaq təklifi ilə alternativ yol təqdim edilir.

ABŞ Konqresi, "ByteDance"in 19 yanvar 2024-ə qədər tətbiqin kontrol hissəsini devr etməməsi halında, tətbiqin ölkə daxilində tamamilə qadağan ediləcəyini açıqlamışdı. Lakin, 20 yanvarda prezidentliyə başlayan Donald Trump, qərarın vaxtını 3 dəfə uzadıb.

"TikTok"un qadağan olunmasına tərəfdar olanlar, "ByteDance"in Çin hökumətinə məlumat vermək məcburiyyətində olduğu və bu səbəbdən milli təhlükəsizliyə təhdid yaratdığı iddiasındadırlar. Əksinə, qanunun əleyhinə olanlar, "TikTok"un ABŞ vətəndaşlarının məlumatlarını Çin hökumətinə göndərdiyi iddiasının sübuta ehtiyacı olduğunu və tətbiqin qadağan edilməsinin ifadə azadlığına qarşı bir addım olacağını vurğulayırlar.

"TikTok" rəhbərliyi isə, məlumat təhlükəsizliyi ilə bağlı ittihamların əsassız olduğunu bildirir və digər sosial media platformaları kimi, tətbiqlərinin ABŞ qanunlarına uyğun fəaliyyət göstərdiyini iddia edir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
bizimyol.info

1Mənbələr