AZ

Qarabağ ın rəqibi azlıqda qalan rəqibi ilə bacarmadı

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi “Benfika” Portuqaliya çempionatında növbəti oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, lissabonlular 4-cü tur çərçivəsində "Santa Klara" ilə üz-üzə gəlib. 

Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Baxmayaraq ki, Paulo Viktorun meydandan qovulmasından sonra “qartallar” 53-cü dəqiqədən etibarən say çoxluğuna malik olub.

Hesabı 59-cu dəqiqədə "Benfika" açıb, Vangelis Pavlidis fərqlənib. "Santa Klara" 90+3-cü dəqiqədə Vinisius Lopesin dəqiq zərbəsindən sonra hesabı bərabərləşdirib.

Beləliklə, "Benfika" cari Portuqaliya çempionatında ilk dəfə xal itirib.

Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu məhz Portuqaliya nəhənginə qarşı keçirəcək. Səfərdə baş tutacaq qarşılaşma sentyabrın 16-da keçiriləcək.

 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
fanat.az

2Mənbələr