AZ

Yeni qadağalar gəlir: Cəmiyyətdə böyük rezonans...

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya hökumətinə alkoqol və elektron siqaret istifadəsinə dair iki mühüm qanuni sərtləşdirmə təklifi təqdim olunub.

"Cebheinfo.az" xəbər verir ki, hər iki təklif cəmiyyətdə geniş rezonans doğurub və müzakirələrə səbəb olub.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Qusev elektron siqaretlərin (veyp) narkotik maddələr kateqoriyasına daxil edilməsini təklif edib.

Qusev “RİA Novosti”-yə verdiyi açıqlamada yalnız qadağanın kifayət etmədiyini, elektron siqaretlərin narkotiklərlə eyni kateqoriyada qiymətləndirilməli olduğunu və bununla bağlı cəza məsuliyyətinin artırılmalı olduğunu bildirib.

Qusevə görə, elektron siqaretlər artıq narkotik xarakteri daşıyır və onların satışı və istifadəsinə dair cəzalar da narkotiklərlə eyni səviyyədə olmalıdır.

Eyni zamanda “Atalar Yanında” adlı vətəndaş cəmiyyəti təşkilatı Baş nazir Mixail Mişustinə Xüsusi Hərbi Əməliyyat (XHƏ) müddətində ölkə üzrə tam “quru qadağa” tətbiq olunması çağırışını edib.

Təşkilatın rəhbəri alkoqolun “iradəni zəiflətməsi, intizam və məsuliyyət hissini azaltması” səbəbilə ordunun döyüş qabiliyyətinə, vətəndaşların iş məhsuldarlığına və sosial sabitliyə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Fəallar Rusiyadakı alkoqol istehlakına dair diqqətçəkən statistik məlumatlar paylaşıblar. 

Belə ki, orta statistik rusiyalı ildə 106 şüşə pivə, 11 şüşə araq, 6 şüşə şərab və 4 şüşə konyak istehlak edir. Uşaqlar və sağlam həyat tərzini seçənlər istisna olmaqla, bu rəqəmlərin ikiqat artması ehtimal olunur.

2025-ci il məlumatlarına görə, qadınların 49 %-i, kişilərin isə 67 %-i mütəmadi olaraq alkoqol istehlak edir.

Alkoqol istifadəsinin ən yüksək olduğu yaş qrupu 35–44 yaş arasıdır; bu qrupda kişilərin 79 %-i, qadınların isə 64 %-i alkoqol istifadə edir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr