AZ

Çin və ABŞ arasında TikTok un gələcəyi müzakirə olunacaq

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Çin və ABŞ nümayəndə heyətləri 14-17 sentyabr tarixlərində Madriddə keçiriləcək tarif müzakirələrində TikTok-un gələcək taleyini də müzakirə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Çin Ticarət Nazirliyi Pekinin bu məsələdə öz qanuni hüquq və maraqlarını qorumağa sadiq olduğunu bildirib.

Nazirlik ABŞ-ı qarşılıqlı hörmət və bərabər dialoq əsasında problemləri həll etməyə çağırıb.

Qeyd edək ki, "TikTok" ABŞ-də qadağan edilə biləcəyi təhlükəsi ilə üz-üzədir.

Qadağanın tərəfdarları məlumat təhlükəsizliyi və milli təhlükəsizlik riskləri amillərini göz önünə gətirir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
bakivaxti.az

2Mənbələr