Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin ortaq qərara gələcəyi, eləcə də Rusiya neftindən imtina edəcəyi təqdirdə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
“NATO-nun bütün ölkələri bununla razılaşsa, eyni addımı atsa və Rusiyadan neft almağı dayandırsa, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram”, - ABŞ lideri bildirib.
Onun sözlərinə görə, Rusiyadan neft alışı alyansın həmin ölkə ilə bağlı danışıqlar mövqeyini zəiflədir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.