AZ

Sadiq Qurbanov yeni dərs ili münasibətilə məktəblilərə dəstək oldu FOTOLAR

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

64 saylı Salyan seçki dairəsinin millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov yeni dərs ilinin başlanması münasibətilə az təminatlı ailələrin övladlarına dəstək göstərib.

Millət vəkilinin təşəbbüsü ilə birinci sinifə qədəm qoymuş 120 şagirdə məktəb çantası və məktəb ləvazimatları təqdim edilib. Tədbir Yeni Azərbaycan Partiyasının Salyan Rayon Təşkilatının binasında keçirilib.

Çıxışında Sadiq Qurbanov uşaqlara uğurlar arzulayıb, onların savadlı və vətənpərvər gənclər kimi yetişməsinin dövlətin və cəmiyyətin gələcəyi üçün mühüm olduğunu vurğulayıb.

Millət vəkili həmçinin qeyd edib ki, bu nəcib işdə ona daim dəstək göstərən “İNCİ” Şirkətlər Qrupuna minnətdardır. O, təhsilin inkişafına verdiyi töhfəyə görə şirkətin rəhbəri Mikayıl Yusifova xüsusi təşəkkürünü çatdırıb.

S. Qurabanov yeni dərs ili münasibətilə bütün şagirdlərə və müəllim heyətinə xoş nailiyyətlər, valideynlərə isə övladlarının uğurlarından qürur duyacaqları bir il arzulayıb.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
azpolitika.info

4Mənbələr