AZ

Elm adamlarına ŞAD XƏBƏR: Stimul üçün bu yeniliklər tətbiq oluna bilər KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Azərbaycanda elm adamlarının yalnız elmi dərəcə və əməkhaqqı ilə stimullaşdırılması kifayət etmir. ABŞ, Yaponiya və İsrail kimi ölkələrin bugünkü elmi-texniki tərəqqisi məhz elm ilə sənaye arasında möhkəm inteqrasiya yaratmaqla bağlıdır”.

Bu fikri KONKRET.az-a açıqlamasında Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov deyib.

Asif İbrahimov

“Elm adamlarının, müəllimlərin əməkhaqqının artırılması vacibdir. Amma təkcə bununla kifayətlənmək olmaz. Alim yaxşı yaşamalıdır, amma onun fəaliyyəti həm də ölkənin iqtisadiyyatına, sənayesinə birbaşa fayda verməlidir. Dünya liderləri bu uğura məhz elmi sənaye və istehsalatla birləşdirməklə nail olublar”.

Ekspertin fikrincə, Azərbaycanda elm adamlarının fəaliyyəti çox vaxt kitabxanalarla məhdudlaşır və əldə edilən nəticələr praktiki sınaqdan keçirilmir:

“Problem ondadır ki, bir çox alim sadəcə kitabxanada oturaraq mövcud fikirləri uyğunlaşdırır və dissertasiya müdafiə edir. Halbuki o biliklər istehsalatda, sənaye müəssisələrində sınaqdan keçirilməlidir. Yalnız o zaman yeni texnologiyalar ölkə dövlətçiliyinə və gələcək nəsillərə real fayda verə bilər”.

Asif İbrahimov əlavə edib ki, bu istiqamətdə köklü dəyişikliklərə ehtiyac var və əsas iş məktəbdən başlamalıdır:

“Kimya və fizika laboratoriyalarında hələ də ciddi çatışmazlıqlar var. Şagirdlər və tələbələr nəzəri bilikləri praktikada sınaqdan keçirməyi bacarmalıdır. Elm adamlarına səhv etmək, səhv üzərində işləyərək onu təkmilləşdirmək imkanı verilməlidir”.

Mütəxəssis hesab edir ki, güclü infrastrukturun qurulması, elmin istehsalatla birləşdirilməsi və praktik mühitin yaradılması Azərbaycanda elmi-texniki tərəqqini sürətləndirəcək.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
konkret.az

2Mənbələr