AZ

"Mbappenin bu yaşda sürücülük vəsiqəsinin olmaması normal deyil"

Fransa millisinin sabiq yarımmüdafiəçisi Samir Nəsri Kylian Mbappenin anası Faysa Lamarin açıqlamalarına münasibət bildirib.

90deqiqe.Az-ın "Canal+"a istinadən məlumatına görə, Nəsri, Lamarin "oğlunun bank kartından yalnız 22 yaşında istifadə etməyi öyrəndiyini və təhlükəsizlik məqsədilə Parisdə sürücülük vəsiqəsi almadığını" deməsinə belə reaksiya verib:

"Anasının dedikləri məni müəyyən mənada şok etdi. 22 yaşında bank kartından istifadə etməyi öyrənməsi və ya dostunun maşınını sürməsi… Bu, onun haqqında nə deyir? Ona hər şeydə kömək edilir. Amma kişi kimi formalaşmaq üçün insan yolunda səhvlər də etməlidir. Mənim fikrimcə, onun yaşında sürücülük vəsiqəsinin olmaması normal deyil."

Nəsri əlavə edib ki, sürücülük vəsiqəsi müstəqilliyin göstəricisidir:

"Bu sənəd insana istədiyi vaxt istədiyini etmək imkanı verir. Mbappenin isə hətta ailəsi ilə şəxsi həyatı belə yoxdur. Çünki nə vaxt nəsə etmək istəsə, sürücü tutmaq məcburiyyətində qalır", – deyə o bildirib.

O, "Real Madrid"in hücumçusunun şəxsi həyatında müstəqillik qazanmadığını da vurğulayıb.

Seçilən
7
90deqiqe.az

1Mənbələr