ain.az bildirir, Shownews saytına əsaslanaraq.
Xeyli müddətdir qaçqın və məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmdə olan jurnalist Səidə Bəkirqızı Space TV-dən ayrılıb.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Səidə Bəkirqızının aparıcısı olduğu "Xəbərin izində” verilişi növbəti həftədən başqa aparıcının təqdimatında yayımlanacaq.
Teleaparıcı faktı AZXEBER.COM-a təsdiq edib.
O bundan sonra jurnalistika fəaliyyəti ilə məşqul olmayacağını da deyib:
"Ayrılıq qərarını özüm almışam . Nəinki televiziyadan, hətta 25 ilidir ki, çalışdığım jurnalistikadan da gedirəm. Yanlış olmayan ifadələrimə görə televiziyanın yayımı dayandırıldı. Bu mənə bir daha sübut etdi ki, Səidə artıq yetər, get”.
Qeyd edək ki, Audiovizual Şura 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.