AZ

Məktəblərdə mobil telefonlar qadağan edilir: Hansı problemlər yarana bilər?

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Məktəblərdə mobil telefonlardan istifadə halları son dövrdə həddən artıq artıb. Xüsusilə, həm orta, həm də ali təhsil müəssisələrində bu tendensiya geniş yayılıb. Hətta ibtidai siniflərdə belə, azyaşlıların demək olar ki, hamısı mobil telefon daşıyıcısıdır".Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib. "Təbii ki, mobil telefonlar sağlamlığa zərər verə, digər tərəfdən isə dərs prosesinin pozulmasına şərait yarada bilər. Bəzən şagirdlər dərs zamanı mobil telefondan istifadə etməsi müəllimin diqqətini yayındırır və bu hallar getdikcə daha geniş yayılır. Lakin digər tərəfdən də, hazırda tədris prosesində müəllimlərin şagird və tələbələrlə dərs vəsaitlərini, əyani materialları internet üzərindən paylaşması geniş təcrübəyə çevrilib. Bir çox hallarda dərs prosesi məhz mobil tətbiqlər və internet vasitəsilə təşkil olunur. Bu səbəbdən mobil telefondan tam imtina etmək də çətindir".O bildirib ki, orta məktəblərdə, hətta ibtidai siniflərdə belə, müəllimlərlə şagirdlər arasında bilik və material mübadiləsi mobil texnologiya və internet vasitəsilə həyata keçirilir:"Buna görə də mövcud şəraitdə bu prosesdən tamamilə kənarlaşmaq çətin məsələdir.Fikrimcə, problemin həlli yollarından biri orta məktəblərin bütün siniflərinin kompüter və internetlə təmin olunmasıdır. Əgər şagirdlər dərs zamanı lazım olan materialları məktəbdəki kompüterlər vasitəsilə əldə edə bilsələr, mobil telefona ehtiyac qalmayacaq. Belə olduqda şagirdlərin dərsə telefon gətirməsi ümumiyyətlə aradan qalxar".Ekspert deyib ki, dərsdən kənar hallarda  telefon lazım ola bilər:"Bu zaman məktəbdə xüsusi yerlərdə telefonların saxlanılması və dərsdən sonra geri verilməsi kimi bir mexanizm tətbiq olunub.Nəticə etibarilə, mobil telefonların həm faydalı, həm də zərərli tərəfləri var. Məncə, problemi telefonları tam qadağan etməklə yox, məktəblərin tam kompüterləşdirilməsi və texnoloji imkanların artırılması ilə həll etmək mümkündür".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
demokrat.az

2Mənbələr