AZ

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyada

“Saran Media” və ölkə ərazisində əsas yayımçı olan CBC Sport telekanalı ilə əldə edilən razılaşma əsasında 2025/26 mövsümündə bu turnirlərin görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq.

İdman.biz bu barədə İTV-yə istinadən bildirir.

Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək. Razılaşmaya əsasən, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək.

Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" görüşü olacaq. Xatırladaq ki, İTV ardıcıl 4-cü mövsümdə avrokubok oyunlarını idmansevərlərə təqdim edəcək.

İdman.biz

Seçilən
11
15
idman.biz

2Mənbələr