AZ

Bakıda məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat aldılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda məktəbdə müəllim işləmək istəyən şəxsə qarşı dələduzluq edilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.
37 yaşlı Cəbrayıl Quliyev (soyad şərtidir) Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki avtoyuma məntəqəsinə gəlib. Burada işləyən Zülfüqar Cəbrayıla arvadı Cəmilənin ingilis dili müəllimi olduğu halda işləyə bilmədiyini deyib. Həyat yoldaşının Lökbatandakı məktəblərin birində ingilis dili müəllimi kimi işə düzəlməsi üçün ondan kömək istəyib.
Pula ehtiyacı olan Cəbrayıl Zülfüqara kömək edəcəyini deyib və bu iş üçün ondan ayrı-ayrı vaxtlarda 10 min manat pul alıb. Lakin dediyi sözə əməl etməyib. Nəticədə zərərçəkən polisə şikayət edib. Şikayət əsasında Cəbrayıl saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı Cəbrayıl vurduğu ziyanı zərərçəkənə tam ödəyib və tərəflər barışıblar. Həmçinin təqsirləndirilən şəxs 10 min manatın 25 faizi qədər, yəni 2500 manat da dövlət büdcəsinə ödəniş edib.
Qaradağ Rayon Məhkəməsində hakim Emin Fətəliyevin sədrliyi ilə keçirilən prosesdə Cəbrayıl Quliyev cinayət məsuliyyətindən azad olunub və barəsində açılan işə xitam verilib.
Seçilən
22
6
oxu.az

9Mənbələr