AZ

“Neftçi” Azərbaycanın böyük komandalarıdan biridi” Saşa İliç

ain.az, Footbal-plus saytına istinadən bildirir.

“Sumqayıt” “İmişli”yə məğlub oldu - 0:1. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Saşa İliç media önünə çıxıb. - Meydança çox zəif idi. Bu bizə problem oldu. Səhvlərimizə görə qol buraxdıq. Daha yaxşı komanda idik. - Qələbə münasibəti ilə təbrik etmək olar? - Rəsmi məlumat yoxdu. Bunu demək olmaz - Səbuhi zəif təsir bağışladı... - Milli komandadan qayıdıb. Bizim üçün də vacib oyunçudu. Böyük səhvlər edir. Amma bizim üçün vacib oyunçudu. - Belə qazondansa, süni meydançaya üstünlük verərsiz? - Belə meydançada oynamaq çox çətindi. Bu haqda nəsə deyə bilmərəm. Federasiyanın qərarıdı. - Abdul Raşid Mumini ehtiyatda idi. Ötən oyun da Yankoviç. Sanki hər oyundan sonra komandanın ən yaxşısını ehtiyatda saxlayırsız. Niyə? - Ötən oyun Yankoviçin kiçik zədəsi var idi. Abdul Raşid də milli komandasında iki oyun oynayıb. İkisindən də razıyam. - Mehdi Cənnətovla bağlı tədbir görüləcək? - Mehdi təcrübəli qapıçıdı. Səhvlər olur. Futbolda hər şey ola bilər. - “Neftçi”nin baş məşqçisi əvvəl “Sumqayıt”da işləyib, qalmaqalla ayrılıb. Bu oyuna necə hazırlayacaqsız komandanı? - “Neftçi” Azərbaycanın böyük komandalarıdan biridi. Xüsusi prinsipiallıq yoxdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
icma.az

2Mənbələr