Poliqon xəbər verir ki, Baş nazirin Aparat rəhbəri Arayik Arutyunyanın Hollivudla gizli danışıqlar apardığı iddia olunur. Filmin Paşinyanın və tərəfdaşlarının həyatından bəhs edəcəyi bildirilir. “İrəvan Müşahidəçisi” qəzetinin məlumatına görə, filmin adı “İnqilabçı” olacaq.
Ssenarinin müəllifi Paşinyanın özüdür. Baş rolu məşhur amerikalı aktyor Kevin Speysiyə vermək nəzərdə tutulub. Filmin büdcəsi 50-100 milyon dollar arasında qiymətləndirilir. Bu məbləğin ən azı yarısının Ermənistan dövlət büdcəsindən maliyyələşdiriləcəyi qeyd olunur.
Hazırda filmin rejissoru ilə bağlı qərar verilməsi üçün danışıqlar aparılır. Çəkilişlər üçün vaxtın məhdud olduğu vurğulanır.
Poliqon.info