AZ

Avqustda həmkarlarını qabaqladılar

İngiltərə premyer-liqasında avqustun laureatları müəyyənləşib. İki nominasiya üzrə fərqli klubların üzvləri qalib adını qazanıb.

Eyniadlı qurumun mətbuat xidmətinin məlumatına görə, ötən ayın ən yaxşı məşqçisi üçün ayrılan mükafat “Liverpul”un çalışdırıcısı Arne Slota qismət olub. Komanda niderlandlı mütəxəssisin rəhbərliyi altında avqustda keçirdiyi 3 oyunda maksimum nəticə göstərib. Slotun səsvermədə Regis Le Bris (Sanderlend), Entso Mareska (Çelsi) və Devid Moyesi (Everton) qabaqladığını da bildirək.

Avqustda ən yaxşı oyunçu adını isə Cek Qriliş qazanıb. Bu mövsümdən icarə əsasında “Everton”da çıxış edən yarımmüdafiəçi ötən ay premyer-liqada meydana çıxdığı 3 oyunda 4 məhsuldar ötürmə verib.

Maraq üçün 30 yaşlı futbolçunun son mövsümdə “Mançester Siti”nin formasında keçirdiyi 32 oyunda 3 qol vurduğunu, 4 məhsuldar ötürmə verdiyini də bildirək.

Seçilən
57
football-plus.az

1Mənbələr