AZ

UEFA “Qarabağ”a yeni oyunçu almaq İMKANI YARATDI

UEFA İcraiyyə Komitəsi cari mövsümdə avrokubokların reqlamentində dəyişiklik edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Yeni qərara əsasən, klublar əsas mərhələnin 6-cı turuna qədər uzunmüddətli zədə və ya xəstəlik keçirmiş bir oyunçunu müvəqqəti olaraq başqası ilə əvəzləyə bilər.

Bildirilir ki, dəyişikliyin tətbiqinə səbəb komandaların siyahılarında azalmaların qarşısını almaq, həmçinin, futbolçuları əlavə iş yükündən qorumaq istəyidir.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyunlarına sentyabrın 16-da start veriləcək.

Xatırladaq ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə millimizin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə qarşılamasından əvvəl zədələnib Onun bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Yay transfer pəncərəsi çərçivəsində "Qarabağ" hücumçu transferi etməyib. Bu isə azarkeşlərin narazılığına səbəb olub.  (Sportinfo.az)

Seçilən
9
9
olke.az

10Mənbələr