AZ

Dünya çempionundan vacib qərar

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Stiv Mandanda peşəkar futbolçu həyatı ilə bağlı çoxdan gözlənilən qərarı verib - karyerasını başa vurub.Fransa yığmasının sabiq qapıçısı bu qərarı 40 yaşında verib. Stiv bu barədə “Ekip” nəşrinə açıqlama verib. O, bir neçə klubdan təklif alsa da, oynamağa davam etməyəcəyini bildirib. Qeyd edək ki, sonuncu klubu “Renn” olan əlcək sahibi “Havr”, “Marsel” və “Kristal Pelas”da da çıxış edib.Mandandanın Fransa yığmasında DÇ-2018-in qalibi olduğunu da xatırladaq. O, milli formanı 2008-22-ci illərdə 35 oyunda daşıyıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
icma.az

2Mənbələr