BAKI, 13 sentyabr. TELEQRAF
Londonda qeyri-qanuni miqrasiyaya qarşı kütləvi yürüş baş tutub.
Teleqraf xəbər verir ki, yürüşün iştirakçıları polis ilə toqquşmalara giriblər.
Skotlend-Yardın məlumatına görə, iğtişaşlar Londonun mərkəzi hissəsində, bu etirazı miqrantları dəstəkləyən digər yürüşdən ayıran zonanın yaxınlığında başlayıb.
“Unite the Kingdom” yürüşünün iştirakçıları iki etiraz aksiyasını ayıran neytral zonaya daxil olmağa cəhd ediblər. Hücuma məruz qalan polis əməkdaşları etirazçılara qarşı güc tətbiq etmək məcburiyyətində qalıblar”, - hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilir.
Polisin məlumatına görə, ifrat sağçı “English Defence League” təşkilatının təsisçisi Tommi Robinson tərəfindən təşkil edilmiş etiraz aksiyasında azı 110 min nəfər iştirak edir.
“İnqilab başladı! Onlar bizə irqçi, islamofob, ifrat sağçı kimi damğalar vuraraq bizi susmağa məcbur edirdilər. Bu artıq işə yarımır. Səssiz çoxluq artıq susmayacaq. Bizim arvadlarımız, qızlarımız küçəyə çıxmaqdan qorxurlar”, - Robinson mitinqdə çıxış edərkən bildirib.
Tommi Robinson hökumətin əhalinin təhlükəsizliyini təmin etmədiyini iddia edib.