AZ

C vitamini bu şəxslərə xeyirdən çox zərər verir

"Askorbin turşusunu ( vitamin C-nin elmi adı ) yüksək dozada qəbul etmək nə xəstəliyin qarşısını alır, nə də gedişatını yüngülləşdirir"

Milli.Az xəbər verir ki, rusiyalı terapevt Svetlana Kanevskaya payız aylarında vitamin C və digər əlavələrin soyuqdəymədən qorumaq gücünü təkzib edib.

Onun sözlərinə görə askorbin turşusunu yüksək dozada qəbul etmək nə xəstəliyin qarşısını alır, nə də gedişatını yüngülləşdirir.

Mütəxəssis bildirib ki, artıq qəbul edilən vitaminlər orqanizmdən xaric olunur, bəzən isə qaraciyər və böyrəklərə yük salaraq sağlamlığa zərər vurur. Xüsusilə böyrəyində daş olan şəxslər üçün vitamin C-nin həddindən artıq qəbulu təhlükəlidir, çünki orqanizmdə oksalat kristallarının yaranmasına səbəb ola bilər.

Kanevskayanın sözlərinə görə immuniteti gücləndirməyin əsas yolu düzgün yuxu, balanslı qidalanma, fiziki aktivlik və stressin idarə olunmasıdır.

İsmayıl
Milli.Az

 
Seçilən
24
3
milli.az

4Mənbələr