AZ

BƏƏ-də inklüzivlik məsələlərinə həsr olunmuş Dünya Konfransı keçiriləcək

Sentyabrın 15-də BƏƏ-də Şarcə Ekspo Mərkəzində "Biz birgəyik" şüarı altında Dünya Konfransı işinə başlayacaq. Tədbirdə 74 ölkənin və 125 qurumun nümayəndələrinin, eləcə də 134 ictimai şəxsin iştirakı gözlənilir.

“İki sahil” BƏƏ-nin xəbər agentliyinə istinadla bildirir ki, konfrans çərçivəsində keçiriləcək 59 sessiyada inklüzivlik məsələləri, əqli geriliyi olan şəxslərin reabilitasiyası, onların və ailələrinin cəmiyyətə inteqrasiyası ilə bağlı mövzular müzakirə ediləcək.

Seçilən
10
2
ikisahil.az

3Mənbələr