Polşa qırıcıları Ukraynanın qərb bölgələrindəki PUA aktivliyi səbəbindən ölkə ərazisi üzərində dövrə vurur.
Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
“Ukraynanın Polşa sərhədinə yaxın bölgələrində PUA aktivliyi aşkarlanması ilə əlaqədar olaraq, Polşa hava məkanında hərbi aviasiyanın iştirakı ilə əməliyyat həyata keçirilir,” – deyə qurumun bəyanatında bildirilir.
Polşa hava məkanının qorunması məqsədilə Operativ Komandanlığın baş komandanı bütün zəruri protokolların dərhal işə salınması barədə göstəriş verib. Hazırda Polşa hava məkanında həm Polşa, həm də NATO aviasiyasına məxsus təyyarələr fəaliyyət göstərir.