Marriott Boulevard Hotel Baku qlobal rəqs sənayesində tarixi bir hadisəyə ev sahibliyi etdi. Azərbaycan Rəqs İttifaqı, World Artistic Dance Federation (WADF) ilə birlikdə, SRDS və CID UNESCO-nun dəstəyi ilə ilk dəfə olaraq möhtəşəm beynəlxalq layihəni təqdim etdi - World Artistic Dance Festival & Baku Flow. Üç gün ərzində WADF-in Artistic Smooth üzrə Dünya Çempionatı və Latın Amerika rəqsləri üzrə Dünya Kuboklarının parlaq parketi folklor, milli və klassik rəqslərdən ibarət solo və qrup çıxışları üçün dinamik səhnəyə çevrildi. Festivalın zirvə nöqtəsi isə küçə mədəniyyətinin enerjisini əks etdirən beynəlxalq breykinq yarışması "Baku Flow" oldu. Festivaldan öncə keçirilən ustad dərsləri Azərbaycan rəqqaslarına dünyanın ən tanınmış mütəxəssislərindən öyrənmək və beynəlxalq hakimlik lisenziyaları əldə etmək imkanı yaratdı - bu isə ölkədə peşəkar potensialın inkişafı üçün mühüm addımdır. Xüsusi mədəni hadisələrdən biri də Nine Senses İncəsənət Mərkəzində keçirilən "Dance Lab - Dances of the World" layihəsi idi. Azərbaycan Rəqs İttifaqının və dünya rəqs liderlərinin - Dimitris Kranias (Yunanıstan), Tea Tsiklauri (Gürcüstan) və Eldar Cəfərov (Azərbaycan) dəstəyi ilə iştirakçılara yunan rəqsi Sirtaki, gürcü rəqsi Açaruli və Brodvey rəqsi Jazz Fox təqdim olundu. "Bu festival mədəniyyətlərin və insanların birliyinin həqiqi simvoluna çevrildi. Biz sübut etdik ki, Azərbaycan yalnız rəqs diyarı deyil, həm də Şərqlə Qərbin qovuşduğu və ənənələrin yeni nəfəs aldığı görüş nöqtəsidir", - deyə Azərbaycan Rəqs İttifaqının prezidenti, Azərbaycanın Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova bildirib. Festivalda 13-dən çox ölkə və 300-dən artıq iştirakçı bir araya gəldi. İlk dəfə olaraq Azərbaycanda WADF-in müxtəlif kateqoriyalar üzrə Dünya Çempionatları və Kubokları - uşaqlardan gənclərə, böyüklərdən 35+ ustadlara qədər - keçirildi. Biz dərin minnətdarlığımızı Azərbaycan Rəqs İttifaqına, onun prezidenti Təranə Muradova, vitse-prezident Kamila Verdiyeva və AzDC təsisçisi, altıqat dünya çempionu, Azərbaycanın Əməkdar idman ustası Eldar Cəfərova bildiririk. Onların səyləri nəticəsində rəqs sənətinin müxtəlif üslub, janr və istiqamətlərini birləşdirən və rəqsi kütləviləşdirən ilk beynəlxalq festival gerçəkləşdi. World Artistic Dance Festival & Baku Flow 2025 Azərbaycanda rəqs sənayesinin inkişafında yeni səhifə açaraq ölkəmizin beynəlxalq mədəni və idman tədbirlərinin mərkəzi kimi rolunu bir daha möhkəmləndirdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
























.jpg)
