AZ

Büdcədə səhiyyə xərcləri ixtisar olunub

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2025-ci il dövlət büdcəsində səhiyyə xərcləri əvvəlki təsdiq olunmuş göstəriciyə nisbətən azaldılıb.

Təsdiq olunmuş 1 993,6 milyon manata qarşı, səhiyyə üçün ayrılan vəsait 1 969,7 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, 23,9 milyon manat və ya 1,2% azalma deməkdir.

Maliyyə Nazirliyinin məlumatına görə, bu dəyişiklik dövlət büdcəsinin xərclərində ümumi ixtisarlar çərçivəsində həyata keçirilir. Səhiyyə xərcləri əsasən xəstəxanaların saxlanması, tibb mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi, tibbi tədqiqatlar və digər tibbi xidmətlərə yönəldiləcək.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
azpost.info

4Mənbələr