AZ

Test etdiyi avtomobili təhvil aldı - VİDEO

 

Türkiyənin ilk yerli elektromobili “Togg”un yeni satışa çıxan “T10F” modelinin ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana ilk təhvil verilmə mərasimi keçirilib.

Gundem.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şirkət rəhbərliyi sözügedən avtomobili Türkiyə liderinə Dolmabağçadakı Ofisində təhvil verib. 

Tədbir zamanı Ərdoğan “T10F”in sükanı arxasına keçib.

Xatırladaq ki, Türkiyə prezidenti bir neçə ay əvvəl İstanbulda “Togg”un sedan modeli olan “T10F”i sınaqdan keçirmişdi.

 

 

Seçilən
15
3
gundem.az

4Mənbələr